Bolqarıstan klubundan “Zirə”nin legionerinə 800 min avroluq TƏKLİF

Bolqarıstan klubundan “Zirə”nin legionerinə 800 min avroluq TƏKLİF

Hazırda oxunan: Bolqarıstan klubundan “Zirə”nin legionerinə 800 min avroluq TƏKLİF

247081

Bolqarıstanın "Ludoqorets" klubu qvineyalı vinger Salifu Suma ilə bağlı "Zirə"yə təklif göndərib.

Bizim.Media “AfricaFoot”a istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun “Zirə” ilə müqaviləsində nəzərdə tutulduğu kimi, 800 min avro məbləğində sərbəst buraxılması ilə bağlı məlumat alan “Ludoqorets” bununla razılaşıb və artıq danışıqlara başlayıb.

Bolqarıstan klubu Suma ilə 3 illik müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, Suma 2023-cü il avqustun 2-dən "Zirə"də çıxış edir. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO