Yod MÜƏMMASI - Yenə BAHALAŞDI və apteklərdən YOXA çıxdı…

Yod MÜƏMMASI - Yenə BAHALAŞDI və apteklərdən YOXA çıxdı…

Hazırda oxunan: Yod MÜƏMMASI - Yenə BAHALAŞDI və apteklərdən YOXA çıxdı…

247052

Son günlər apteklərdə yod məhlulunun tapılmadığı və ya sayının az olduğu iddia olunur. Sosial şəbəkələrdə yayılan məlumata görə apteklərin çoxunda yod məhdud saydadır. Eyni zamanda cəmi bir il əvvəl qiyməti 40 qəpik olan yod bu gün 1 manat 20 qəpiyə satılır.

 Bəs yod yenə niyə qəhətə çıxıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında farmakoloq Aydın Əliyev apteklərdə yod çatışmazlığına heç bir əsas olmadığını deyib:

“Yod niyə çatışmasın ki? Ölkəmizdə 100 ildən artıqdır ki,  Nefçlada rayonunda zavodumuz var.

1927 – ci ildən orda yod istehsal edən zavod yaranıb. Bu gün də həmin zavod normal məhsul verir”.

Yodun qiymətinin artmasına gəlincə, Aydın Əliyev bu səbəbi əsassız sayıb:

“Yodun bahalaşmasının səbəbi məlum deyil. Tutarlı səbəb yoxdur yəni. Zavod özümüzdə ola-ola niyə qiymət qalxsınaxı? Başa düşürük hər şeyin qiyməti qalxa bilər, ancaq, müəyyət dərəcədə… Daha belə yox”, - deyə ekspert  vurğulayıb.

Aygün Hüseyn, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO