Filippinin cənubundakı zooparka səfəri zamanı 29 yaşlı turist timsahı heykəl zənn edib və vəhşi heyvanın hücuma məruz qalıb. O, 4,5 metrlik timsahın yanına yaxınlaşaraq üzərində şəkil çəkdirməyə cəhd edib. Lakin bu zaman timsah qəfil hərəkət edərək turistin ayağını dişləyib.
Bizim.Media xəbər verir ki, hadisənin şahidləri onu xəbərdar etməyə çalışsalar da, bu, nəticə verməyib.
Timsah zərbə gücünü artırmaq üçün bir neçə dəfə fırlanaraq klassik ov üsulu olan “ölümcül salto”dan istifadə edib.
Mütəxəssislər bildiriblər ki, timsahlar bu üsulla ovlarını parçalayırlar.
Turistin təxminən 30 dəqiqə timsahın yanında qaldığı, sonda isə heyvan baxıcısının öz həyatını riskə ataraq onu xilas etdiyi qeyd olunub. (konkret.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:47 / 01.05.2025
Timsahla zarafat faciə ilə nəticələndi - FOTO
Hazırda oxunan: Timsahla zarafat faciə ilə nəticələndi - FOTO
Hazırda oxunan: Timsahla zarafat faciə ilə nəticələndi - FOTO
246980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.