"Real" təzminat ödəmir, Braziliya millisi isə GÖZLƏMİR

"Real" təzminat ödəmir, Braziliya millisi isə GÖZLƏMİR

Hazırda oxunan: "Real" təzminat ödəmir, Braziliya millisi isə GÖZLƏMİR

246928

"Real"ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisi ilə apardığı danışıqlar pozulmaq üzrədir.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
 

Bir neçə gün əvvəl şifahi razılıq əldə olunsa da, müqavilə imzalanmayıb. Buna səbəb "Real"ın ayrılma şərtlərinə "yaşıl işıq" verməməsidir. Madrid klubu italiyalı mütəxəssisin mümkün gedişi ilə bağlı heç bir təzminat ödəmək niyyətində deyil.


Braziliya millisinin təmsilçiləri isə qərarı tez bir zamanda almaq istəyirlər və çox gözləmək niyyətindı deyillər.

Qeyd olunur ki, Karlo Ançelottinin bu mövsüm "Real"la yollarını ayıracağı hələ də gözlənilir. Onun klub ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO