Mingəçevir Dram Teatrının direktoru İŞDƏN AYRILDI – EKSKLÜZİV

Mingəçevir Dram Teatrının direktoru İŞDƏN AYRILDI – EKSKLÜZİV

Hazırda oxunan: Mingəçevir Dram Teatrının direktoru İŞDƏN AYRILDI – EKSKLÜZİV

246884

Mingəçevir Dram Teatrının direktoru İntiqam Soltan öz ərizəsi ilə işdən ayrılıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna İntiqam Soltanın özü məlumat verib. O, işdən çıxmasına səbəb kimi Mingəçevir şəhər məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qərarına etiraz olaraq bu addımı atdığını bildirib.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəmli teatrın direktoru, Əməkdar artist İntiqam Soltanı məhkəməyə vermişdi. Elçin Məhərrəmli Mingəçevir Şəhər Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsinə işə bərpa tələbi ilə iddia qaldırmışdı.

Məhkəmə onun iddiasını təmin edib.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO