Ukrayna Dneprdən geri çəkilir, Rusiya Kiyevə HÜCUMA HAZIRLAŞIR – Müharibənin SON AKKORDLARI

Ukrayna Dneprdən geri çəkilir, Rusiya Kiyevə HÜCUMA HAZIRLAŞIR – Müharibənin SON AKKORDLARI

Hazırda oxunan: Ukrayna Dneprdən geri çəkilir, Rusiya Kiyevə HÜCUMA HAZIRLAŞIR – Müharibənin SON AKKORDLARI

246880

Son proseslər göstərir ki, Ukrayna Dneprdən də geri çəkilməyə başlayıb. Belə ki, Dnepropetrovsk vilayətində 7 kənddən məcburi təxliyə elan edilib. Həmin kəndlər Donetsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşirlər.

Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak qeyd edib ki, artıq bu yaşayış məntəqələrindən 400 uşaq təxliyə olunub. Orada daha 26 uşaq qalıb. Onların bəziləri artıq evlərini itirmiş və yeni həyat qurmağa başlayan köçkünlərdir.

Bu təxliyənin bir ay davam edəcəyi gözlənilir.

Rusiya qoşunları isə Ukraynanın içərilərinə doğru irəliləməkdə davam edir. Moskva irəlilədikcə isə tələbələrini daha da böyüdür. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev aprelin 29-da çıxışı zamanı qeyd edib ki, “Kiyev nasist rejimi (?) tam məhv edilməlidir.

Medvedevin bu bəyanatından sonra Zelenskinin açıqlaması isə daha çox diqqət çəkib. Ukrayna lideri Rusiyanın Belarusda təlim adı altında hücuma hazırlaşdığını bildirib. Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiya məhz Belarus ərazisindən Kiyev istiqamətində hücuma keçmişdi. 

Müharibənin seyri necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Ukrayna danışıqlara getməsə, bu ölkə və onun ordusu demoralizasiyaya uğrayacaq:

“Bu qarşıdurmada Rusiyanın üstünlüyü həddən artıq böyükdür. Çünki onun nəhəng strateji potensial əldə etmək imkanları var. Bu tək faydalı qazıntı ehtiyatları ilə bağlı deyil. Demoqrafik, intellektual resurslar, insan kapitalı baxımından da Rusiya çox güclüdür. Bütün bunlara əsasən, Moskva müharibədə birmənalı olaraq öz istəyinə nail olacaq.

Ukrayna isə getdikcə geriləyir. Kiyevin səhvi odur ki, Qərbin dəstəyilə müharibəni dayandırmaq istəmir. Kiyevin təşəbbüsü ələ keçirmək istəyi xülyadır. Burada heç bir möcüzə olmayacaq. Müharibə daha çox Avropaya lazımdır. Bu yolla Rusiyanı zəiflətməyi düşünürlər. Avropa özgənin əlilə öz maraqlarını təmin etmək istəyir. Zelenski də öz mövqelərini itirir. Onun gücü tükənir. Nəticədə görürük ki, Ukrayna pis duruma düşür. Ukrayna hakimiyyəti indi çaşqın durumdadır”.

Politoloq qeyd edir ki, daha pis duruma düşməmək üçün Kiyev danışıqlara getməlidir:

“Belə olarsa, ABŞ da Kiyevə dəstək verə bilər. Əks təqdirdə, danışıqlar olmasa, Ukrayna demoralizasiyaya uğrayacaq, müharibə Ukraynanın tam məğlubiyyətinə qədər davam edəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO