Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydasına dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.
Dəyişikliyə əsasən, artıq xarici media subyektlərinin nümayəndələrinə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən rəy alınacaq.
Qeyd edək ki, qüvvədə olan qərara əsasən, akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində baxılır.
Bizim.Media