Azərbaycan Prezidenti Banqladeşin Baş nazirini Bakıya dəvət etdi

Azərbaycan Prezidenti Banqladeşin Baş nazirini Bakıya dəvət etdi

Hazırda oxunan: Azərbaycan Prezidenti Banqladeşin Baş nazirini Bakıya dəvət etdi

246726

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin Baş naziri Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısına dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, Banqladeşdə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib.


Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 3-4 iyul 2025-ci il tarixində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirə təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO