Həmin sürücünün İçərişəhərə girişi qadağan olundu – FOTO

Həmin sürücünün İçərişəhərə girişi qadağan olundu – FOTO

Hazırda oxunan: Həmin sürücünün İçərişəhərə girişi qadağan olundu – FOTO

246679

“İçərişəhər” ərazisində sürücünün məsuliyyətsiz davranışı müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı bloqer Mədinə Quliyeva sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, “90 VH-994” markalı avtomobilin sürücüsü uşaqların da olduğu yoldan sürətlə keçərək qaydaları pozub: “Ona “ərazidən uşaqlar keçir, belə maşın sürmək olmaz”, - dedik, ancaq o, “pulunu ödəmişəm, nə istəyirəm onu da edəcəyəm. Uşaqları vuranda danışarıq”,- cavabını verdi”.
 

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi açıqlama yayıb. Qurumdan bildirilib ki, həmin görüntülər dərhal nəzarətə götürülüb: “İctimai narahatlıq doğuran bu məsələ ilə bağlı operativ reaksiya göstərilib, hadisənin bütün detalları araşdırılıb və qeyd olunan sürücünün İçərişəhər ərazisinə girişinə qadağa qoyulub.


Bildirmək istəyirik ki, qoruq ərazisində təhlükəsizlik qaydalarına əməl etməyən, ictimai qaydanı pozan və mədəni davranış sərgiləməyən heç bir şəxsə güzəşt edilməyəcək”. (Qafqazinfo)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO