Mirzə İbrahimov küçəsində hotel və restoranlar “Azparking”in yerini necə ZƏBT EDİB?

Mirzə İbrahimov küçəsində hotel və restoranlar “Azparking”in yerini necə ZƏBT EDİB?

Hazırda oxunan: Mirzə İbrahimov küçəsində hotel və restoranlar “Azparking”in yerini necə ZƏBT EDİB?

246531

Paytaxtın Mirzə İbrahimov küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə  (AYNA) məxsus parklanma yeri zəbt olunub. Söhbət məşhur gürcü restoranı  “U Dali”-nin qarşısındakı ərazidən gedir.  

Bizim.Media xəbər verir ki, bir sıra hotel və restoranların yerləşdiyi küçədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) pullu parklanma yeri və bunu təsdiqləyən lövhə olmasına baxmayaraq, ərazi mənimsənilib.

Şəxsi maraqlar üçün əraziyə parklanma nişanları qoyulub. Çox güman ki, obyektin qarşısına işçi təyin edilib və gələn avtomobillərdən dayanacaq pulu tələb edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya məsələnin araşdırılacağı bildirilib.
 

Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub.


Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO