“Tesla” pilotsuz taksinin sınaqlarına başladı

“Tesla” pilotsuz taksinin sınaqlarına başladı

Hazırda oxunan: “Tesla” pilotsuz taksinin sınaqlarına başladı

246525

ABŞ-ın “Tesla” şirkəti “Robotaxi” adlanan pilotsuz taksinin sınaqlarına başlayıb.

Bizim.Media xəbər verir ki, şirkət pilotsuz taksinin iş qabiliyyətini hələlik yalnız Texas ştatının administrativ mərkəzi olan Ostin şəhərində və San-Fransisko körfəzi rayonunda sınaqdan keçirə biləcək.

“Robotaxi” müstəqil hərəkət etsə də, təhlükəsizliyə nəzarət üçün hələ də insan lazımdır.
 

“Tesla”nın sahibi İlon Mask pilotsuz taksinin 2025-ci ilin iyununda fəaliyyətə başlayacağını vəd etmişdi. O, layihənin gələn ilin sonunadək şirkətin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini bildirmişdi.


Buna baxmayaraq, “Tesla”nın işləri o qədər də yaxşı getmir: Cari ilin birinci rübündə şirkətin xalis gəliri 409 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 faiz azdır. Buna həm iqtisadi vəziyyət, həm də Donald Trampı fəal şəkildə dəstəkləyən İlon Maskın imicinin dəyişməsi səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO