Gəncədə 23 yaşlı gənc bıçaqlandı

Gəncədə 23 yaşlı gənc bıçaqlandı

Hazırda oxunan: Gəncədə 23 yaşlı gənc bıçaqlandı

246361

Gəncədə mübahisə sonda qanla nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini, 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Gənc oğlan dərhal əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO