Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum "X" sosial şəbəkəsində bildirib.
“Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1 025-nə cüzi ziyan dəyib, 12 300-dən çoxuna ziyan dəyməyib”, – Kurum qeyd edib.
Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.
Daha əvvəl 400-dən çox binanın zədələndiyi bildirilirdi. Kurumun məlumatına görə, ən çox ziyan şəhərin qərbində sıx məskunlaşan ərazilərin - Bahçelievler, Esenler, Bağçılar, Avcılar və Küçükçekmecenin sakinlərinə dəyib.
Xatırladaq ki, aprelin 23-də İstanbulda maqnitudası 6,2 bal olan silsilə zəlzələlər baş vermişdi. Təbii fəlakət nəticəsində 236 nəfər xəsarət alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:08 / 27.04.2025
İstanbuldakı zəlzələdə mindən çox bina zədələnib
Hazırda oxunan: İstanbuldakı zəlzələdə mindən çox bina zədələnib
Hazırda oxunan: İstanbuldakı zəlzələdə mindən çox bina zədələnib
246357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.