Karlo Ançelotti "Real Madrid"i Braziliya millisinə dəyişir

Karlo Ançelotti "Real Madrid"i Braziliya millisinə dəyişir

Hazırda oxunan: Karlo Ançelotti "Real Madrid"i Braziliya millisinə dəyişir

246340

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti gələn həftə tutduğu vəzifədən istefa verəcək.

Bizim.Media "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis "kral klubu"ndan ayrılıqdan sonra Braziliya millisinin sükanı arxasına keçəcək.
 

İddiaya görə, o, artıq Cənubi Amerika təmsilçisinə rəhbərlik etməyə razılıq verib. Təcrübəli çalışdırıcının klublararası dünya çempionatından əvvəl yığmadakı işinə başlayacağı gözlənilir.


Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"in baş məşqçisi postunda çalışır. O, 2013-2015-ci illərdə də La Liqa təmsilçisinə rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO