ABŞ bu ölkələrlə razılığa gəldi – SƏBƏB

ABŞ bu ölkələrlə razılığa gəldi – SƏBƏB

Hazırda oxunan: ABŞ bu ölkələrlə razılığa gəldi – SƏBƏB

24630

Avstraliyanın Baş naziri Skott Morrison ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Consonla regionda əsas istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə müzakirələr aparıb.

Bizim.Media “The Australian” qəzetinin bazar günü yaydığı məlumata istinadla xəbər verir ki, üçtərəfli danışıqlar zamanı Hind-Sakit okean regionunda artan qeyri-sabitlik şəraitində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Azərbaycanın humanitar addımını alqışladı


Qəzetin məlumatına görə, üç ölkənin liderləri əsas strateji məsələlər – müdafiə, infrastruktur istiqamətləri, həmçinin energetika sahəsində yeni texnologiyaların tətbiqi, qlobal istiləşmə və kiberhücumlara qarşı birgə mübarizə yollarını müzakirə ediblər.

Görüş barədə Avstraliyanın Baş nazirinin fikirlərini sitat gətirən qəzet yazır: “Biz Hind-Sakit okean regionunda vəziyyəti ətraflı şəkildə müzakirə etmək və gələcəkdə ölkələrimiz arasında daha dərin əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkan qazandıq”.

S.Morrison hazırda Avstraliya, ABŞ və Böyük Britaniya arasında ittifaqın heç vaxt olmadığı qədər möhkəm olduğunu da qeyd edib.

Bildirib ki, bu gün keçirilən danışıqlar dünyaya eyni yanaşmanı bölüşən, uzun dostluq tarixinə və tərəfdaşlığa söykənən böyük dostların və müttəfiqlərin görüşü idi.

Böyük Britaniyada keçirilən G7 sammitinin nəticələrini yüksək qiymətləndirən Baş nazir qeyd edib ki, bu, inkişaf etmiş iqtisadiyyatların və liberal demokratiyanın müasir dünyanın problemlərinə baxışlarının əlaqələndirilməsi üçün əlverişli imkan idi.
 

İştirakçı ölkələrin sabit, açıq və sülhün mövcud olduğu Hind-Sakit okean regionunun və burada azad ticarətin formalaşmasına çalışdığını vurğulayan S.Morrison bunun ümumi maraqlara xidmət etdiyini də bildirib.


Həmçinin qeyd edilir ki, sammit çərçivəsində Avstraliyanın Baş naziri Cənubi koreyalı həmkarı Mun Çje İn, Yaponiyanın Baş naziri Yoşihida Suqa və Almaniyanın kansleri Anqela Merkellə də görüşüb.

Bu görüşlərdə əsasən səhiyyə sisteminin inkişafı və postpandemiya dövründə əməkdaşlığın inkişafı müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO