“Nürnberq” Mahir Emrelini saxlamaq istəyir

“Nürnberq” Mahir Emrelini saxlamaq istəyir

Hazırda oxunan: “Nürnberq” Mahir Emrelini saxlamaq istəyir

246249

Almaniyanın “Nürnberq” klubunun Mahir Emreli ilə əməkdaşlığı artırmaq üçün danışıqlara başlamaq niyyəti ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media "Bild"ə istinadən xəbər verir ki, alman həmkarlarımız millimizin forvardının “Nürnberq”dəki durumundan yazıb:

"Cari mövsümün sonunda “Nürnberq” Bundesliqaya yüksəlsəydi, Azərbaycan millisinin hücumçusu ilə müqavilə avtomatik artırılacaqdı. Amma indi onların şansları azaldığından tərəflər yenidən danışıqlara getməli olacaqlar. Miroslav Klozenin komandası növbəti mövsüm Bundesliqaya düşməyə çalışmaq istəyir və Emreli müqaviləsi uzadılacağı təqdirdə əsas oyunçulardan birinə çevriləcək. Buna görə də klub rəhbərliyi onunla ən azı bir il daha yeni müqavilə imzalamaq üçün hər şeyi edəcək. Futbolçunun fikrinə gəlincə, o, qərarını yalnız mövsümün sonunda verəcək. Onu da əlavə edək ki, Emreli “Nürnberq”in ən çox maaş alan futbolçusudur".

Qeyd edək ki, Azərbaycan millisinin üzvü mövsümün əvvəlində "Nürnberq"la 1+1 illik müqavilə imzalamışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO