Roma Papası bu gün dəfn ediləcək - Məzarında bu söz YAZILACAQ

Roma Papası bu gün dəfn ediləcək - Məzarında bu söz YAZILACAQ

Hazırda oxunan: Roma Papası bu gün dəfn ediləcək - Məzarında bu söz YAZILACAQ

246150

Aprelin 21-də vəfat edən Roma Papası Fransisk bu gün dəfn ediləcək.

Bizim.Media xəbər verir ki, mərasim Romada yerləşən Santa Maria Maggiore kilsəsində keçiriləcək.
 

150 minə yaxın dindar Papa Fransisklə vidalaşmaq üçün aprelin 25-i cümə günü günorta saatlarında Romadakı Müqəddəs Pyotr Bazilikasına gəlib.


Vida mərasimindən sonra papanın cənazəsini daşıyan kortej Roma küçələri ilə hərəkət edəcək. Vatikanın açıqladığı siyahıya əsasən, dəfn mərasimində müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan 160-dan çox nümayəndə heyəti iştirak edəcək.

Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron və digər şəxslər var. Azərbaycanı isə Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edəcək. İtaliya mətbuatının məlumatına görə, mərasimdə 500 minə qədər adamın iştirakı gözlənilir.

Papa öz vəsiyyətində heç bir xüsusi bəzəkləri olmayan sadə bir məzarda dəfn edilməsini istəyib, dəfn yeri kimi Müqəddəs Pyotr Bazilikasını deyil, Santa Maria Maggiore Bazilikasını seçib. Məzar daşının üzərində yalnız bir söz olacaq: "Frencis".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO