Aleksandr Ata dəfn olundu – YENİLƏNİB - FOTO

Aleksandr Ata dəfn olundu – YENİLƏNİB - FOTO

Hazırda oxunan: Aleksandr Ata dəfn olundu – YENİLƏNİB - FOTO

24604

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein dəfn olunub.

Bizim.Media xəbər verir ki, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Bizim.Media

***

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

Bizim.Media xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.

Mərasim saat 12:30-a kimi davam edəcək. Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Aleksandr Ata Birinci Fəxri Xiyabanda dəfn olunacaq


Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub.

O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb.

1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO