Tailandda qadın onu dişləyən kobranı əlləri ilə öldürüb: Özü ilə xəstəxanaya gətirib – FOTO

Tailandda qadın onu dişləyən kobranı əlləri ilə öldürüb: Özü ilə xəstəxanaya gətirib – FOTO

Hazırda oxunan: Tailandda qadın onu dişləyən kobranı əlləri ilə öldürüb: Özü ilə xəstəxanaya gətirib – FOTO

246023

Tailandın Sakeu əyalətində 3-4 metrlik kral kobrası meşədə göbələk toplayan qadını dişləyib.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bu barədə "Thaiger" nəşri yazıb.

Məlumata görə, ölümcül təhlükəli kobra Supin Vanpxen adlı qadına hücum edib və onu ayağından dişləyib. Lakin qadın özünü itirməyib və ilanı zərərsizləşdirə bilib.

Daha sonra Supin Vanpxen xəstəxanaya təkbaşına gəlib və öldürdüyü ilanı da özü ilə gətirib, bununla da xəstəxana işçilərini şoka salıb.
 

Qadına vaxtında lazımi tibbi yardım göstərilib və o, hazırda həkimlərin nəzarəti altında sağalır. Qadının rəfiqəsi hadisə barədə sosial şəbəkədə paylaşım edib.


"Supin Vanpxen, mənim inanılmaz cəsarətli rəfiqəm göbələk yığmağa gedib və kral kobra tərəfindən dişlənib. O, ilanı öz əlləri ilə öldürüb və xəstəxanaya gətirib. O, həqiqətən də heyrətamizdir. İndi intensiv terapiya bölməsindən buraxılıb və həyatına təhlükə yoxdur", - deyə qadının rəfiqəsi qeyd edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO