Klopp Anrinin namizədliyini DƏSTƏKLƏDİ

Klopp Anrinin namizədliyini DƏSTƏKLƏDİ

Hazırda oxunan: Klopp Anrinin namizədliyini DƏSTƏKLƏDİ

245967

Fransa millisinin və "Arsenal"ın (London) sabiq hücumçusu Tyerri Anri "Leyptsiq"in yeni baş məşqçisi ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 

Artıq tərəflər arasında ilkin danışıqlar keçirilib. 47 yaşlı fransalı mütəxəssisin namizədliyini "Red Bull"da futbol bölməsinin rəhbəri vəzifəsində çalışan Yurgen Klopp da dəstəkləyib.


Qeyd edək ki, bu ilin 30 mart tarixində “Leyptsiq” baş məşqçisi Marko Roze ilə yollarını ayırdığını elan edib. Daha sonra Almaniya təmsilçisinə mövsümün sonuna qədər imzalanan müqavilə ilə Jolt Lev təyin olunub.

Tyerri Anri baş məşqçi kimi Fransa U-21, U-23 və həmin ölkə futbol üzrə Olimpiada komandalarını çalışdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO