“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə və beynəlxalq hüquqa zidd şəkildə verilən bəyanatları tamamilə rədd edirik. Keçmişdə yaşanmış ağrı-acıları siyasi məqsədlərlə istismar etməyə yönəlmiş bu cür cəhdlərin heç bir hüquqi və mənəvi əsası yoxdur”.
Bizim.Media xəbər verir ki, bu, Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatında qeyd edilib.
“Türkiyə həm qlobal səviyyədə, həm də öz regionunda daim sülhü, dialoqu, qarşılıqlı anlayışı və ortaq rifahın inkişafını müdafiə edib. Ölkəmiz bu anlayış çərçivəsində 1915-ci il hadisələrinin ədalətli və elmi şəkildə araşdırılması məqsədilə arxivlərini açmış və Ortaq Tarix Komissiyasının yaradılmasını təklif etmişdir.
Radikal dairələrin tarixdən düşmənçilik yaratmaq cəhdlərinin təşviq edilməməsinin zəruriliyini bir daha xatırladaraq Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik”, - deyə Türkiyə XİN bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:07 / 24.04.2025
“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə zidd bəyanatları rədd edirik” - Türkiyə XİN
Hazırda oxunan: “1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə zidd bəyanatları rədd edirik” - Türkiyə XİN
Hazırda oxunan: “1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə zidd bəyanatları rədd edirik” - Türkiyə XİN
245947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.