Bakıda müəllim faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Bakıda müəllim faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: Bakıda müəllim faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

245909

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri 197 saylı tam orta məktəbin informatika müəlliməsi Vəsfiyyə Məlikovadır.
 

Qeyd edək ki, dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Ramin Məlikovun idarə etdiyi "Lada Priora" və Sultan Sultanlının sürdüyü "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Hər iki sürücü və digər sərnişinlər - Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.


Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO