Mask və ABŞ-ın maliyyə naziri Trampın gözü qarşısında bir-birini söydü

Mask və ABŞ-ın maliyyə naziri Trampın gözü qarşısında bir-birini söydü

Hazırda oxunan: Mask və ABŞ-ın maliyyə naziri Trampın gözü qarşısında bir-birini söydü

245901

ABŞ Hökumətinin Effektivliyi İdarəsinin (DOGE) rəhbəri milyarder İlon Mask və ABŞ-ın maliyyə naziri Skott Bessent prezident Donald Trampın gözü qarşısında bir-birini söyüblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” davanın şahidlərinə və vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.

Qalmaqalla bağlı sualı cavablandıran Ağ Evin mətbuat katibi Kerolayn Levitt qısa şəkildə qeyd edib ki, ixtilaflar istənilən sağlam siyasi prosesin normal hissəsidir və bu, prezidentin maraqlarına xidmət edir.

Xatırladaq ki, Mask və Bessent arasında fikir ayrılığı aprelin 16-da Tramp Maskın namizədi Gary Shapleyi Vergilər İdarəsinin rəisi vəzifəsinə təyin edəndə başlayıb. Bessent bu vəzifəyə maliyyə nazirinin müavini Maykl Folkenderin təyin olunmasını istəyirdi. Bessent Trampı Folkenderi bu vəzifəyə təyin etməyə çağırıb və qəzəblənib ki, Mask ondan gizlin iş görməklə problemlər yaradır.

Ağ Evdəki görüşdə Bessent Maska qarşı çıxış edib, milyarderi vədlərinə və DOGE altında büdcə öhdəliklərinin yerinə yetirilməməsinə görə tənqid edib.

Mask buna cavab olaraq Bessenti “Soros agenti” adlandırıb və onu uğursuz idarə etməkdə ittiham edib.

Mübahisə o qədər qızışıb ki, köməkçi iki kişinin arasında dayanmalı olub. Bu, İtaliyanın baş naziri Giorgi Meloninin Trampın kabinetində olduğu vaxt baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO