Qubada kanal DAŞDI – Kəndi və əkin sahələrini su BASDI – VİDEO

Qubada kanal DAŞDI – Kəndi və əkin sahələrini su BASDI – VİDEO

Hazırda oxunan: Qubada kanal DAŞDI – Kəndi və əkin sahələrini su BASDI – VİDEO

245708

Qubanın Yalavanc kəndinin sakinləri də son təbii fəlakətdən zərər çəkib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xəzər dənizi sahilində yerləşən Yalavanc kəndinin yaxınlığında yerləşən kanalın daşması nəticəsinndə kəndi və əhalinin əkin sahələrini sel suları basıb.
 

Şabran İcra Hakimiyyətndə fəaliyyət göstərən FHK-sının göndərdiyi texnika sakinləri qismən xilas edib. Əkin sahələri isə tam suyun altında qalıb. Yalavanc kəndində yaşayan fermer İldırım Məmmədov saytımıza açıqlamasında kanalın daşma səbəblərindən birini sakinlərin kanalın qarşısını kəsib şəxsi məqsədləri üçün istifadə etməsi ilə əlaqələndirib.



Bunu yolverilməz hesab edən fermer nəticənin ağır olduğunu qeyd edib. Onun sözlərinə görə su kanalın qarşısı kəsilməsəydi, fəsadlar bu qədər olmazdı.

Dəyən ziyanı Quba FHK araşdırır.

Qeyd edək ki, Qubanın Buduq İƏN-nin tərkibində olan Yalavanc kəndində 60-a yaxın ailə yaşayır.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO