Prezident bu tikinti müqaviləsini TƏSDİQLƏDİ

Prezident bu tikinti müqaviləsini TƏSDİQLƏDİ

Hazırda oxunan: Prezident bu tikinti müqaviləsini TƏSDİQLƏDİ

24567

Prezident İlham Əliyev iyunun 12-də “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2021-ci il aprelin 6-da imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 60 Günəş Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib.

Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO