Masallıda hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Masallıda hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Masallıda hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

245654

23 aprel 2025-ci il tarixində saat 00:05 radələrində 1989-cu il təvəllüdlü Nərmin Mehbalıyeva 40 həftə 3 günlük hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bizim.Media xəbər verir ki, xəstəxanada ona zəruri tibbi müayinələr aparılıb və doğuşun konservativ-gözləyici taktika ilə idarə olunmasına qərar verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda ana doğuş zamanı VƏFAT ETDİ


Lakin saat 03:00 radələrində hamilənin səhhətində qəfil pisləşmə müşahidə olunub. Tibb heyəti tərəfindən aparılan təxirəsalınmaz reanimasiya tədbirlərinə baxmayaraq, həmin gün saat 03:26-da qadının vəfat etdiyi qeydə alınıb.

Hazırda ölüm faktı ilə bağlı müvafiq araşdırmalar aparılır, ilkin səbəbin müəyyənləşdirilməsi istiqamətində ekspertiza təyin edilib.

Sabutay, Bizim.Media, Cənub Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO