Azərbaycanın Naxçıvan və Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri qardaşlaşacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı razılaşma Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində əldə olunub.
Belə ki, aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Mərasimdə digər sənədlərlə yanaşı, "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu"nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar.
Bizim.Media