Moskva Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyindən narahatdır

Moskva Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyindən narahatdır

Hazırda oxunan: Moskva Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyindən narahatdır

245512

Moskva Ermənistanın Aİ-yə daxil olmaq istəyindən narahatdır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

TASS-ın Moskvanın Ermənistanın Aİ-yə daxil olmaq istəyindən narahat olub-olmaması ilə bağlı sualına Qruşko müsbət cavab verib.
 

“Təbii ki, Ermənistanın Aİ-yə daxil olmaq istəkləri narahatlıq doğurur, çünki bu cür arzular bu ölkənin Aİİ-yə üzvlüyü ilə bir araya sığmır və biz bu barədə erməni həmkarlarımızla çoxsaylı təmaslarımızda danışırıq”, - rusiyalı diplomat qeyd edib.


"Məlumdur ki, Ermənistan Aİİ-də iştirakı sayəsində dinamik inkişaf edir, İrəvan üçün bütün əsas sahələrdə iqtisadi artım müşahidə olunur. Əgər Qərb Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən qoparmaq məqsədilə öz geosiyasi oyununa cəlb edəcəksə, Ermənistan böyük bir sərvəti itirmək riski ilə üzləşəcək”, - o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO