Mərkəzi Bankın yeni binası bu tarixdə təhvil veriləcək - FOTO

Mərkəzi Bankın yeni binası bu tarixdə təhvil veriləcək - FOTO

Hazırda oxunan: Mərkəzi Bankın yeni binası bu tarixdə təhvil veriləcək - FOTO

245434

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib.

Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir.

Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb.
 

Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir.


Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O, eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO