“Panatinaikos”un müdafiəçisi Kendrik Nann bu mövsüm basketbol üzrə Avroliqanın müntəzəm mövsümünün Ən Dəyərli Oyunçusu (MVP) seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Eurohoops” məlumat yayıb.
Tezliklə bununla bağlı Avroliqanın rəsmi elanının veriləcəyi gözlənilir. Bu mövsüm Nann Avroliqanın adi mövsümünün 33 oyununda iştirak edib, orta hesabla 21,1 xal, 3,6 ribaund və 4,3 məhsuldar ötürmə ilə yadda qalıb. Kendrik iki xallıq atışlarda 57,3 faiz, üçlükdə 42,6 faiz və sərbəst atışlarda 86 faiz dəqiqlik nümayiş etdirib.
“Panatinaikos” 22 oyunda qalib gələrək müntəzəm çempionatı üçüncü pillədə başa vurub. Pley-offun ilk mərhələsində komanda “Anadolu Efes”lə qarşılaşacaq. İlk oyun sabah Bakı vaxtilə 22:30-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:25 / 22.04.2025
Avroliqada ilin oyunçusu MƏLUM OLDU
Hazırda oxunan: Avroliqada ilin oyunçusu MƏLUM OLDU
Hazırda oxunan: Avroliqada ilin oyunçusu MƏLUM OLDU
245383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.