Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.
Bizim.Media xəbər verir ki, bugünkü məşqə zədəsini müalicə etdirən futbolçulardan Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç də qoşulub.
Bu futbolçuların aprelin 23-də keçiriləcək oyunda iştirakı matç günü məlum olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" oyunu aprelin 23-də, saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandaların ilk görüşündə "Araz-Naxçıvan" 1:0 hesablı qələbə qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:47 / 21.04.2025
“Araz Naxçıvan”ın zədəli oyunçuları komandaya QOŞULDU
Hazırda oxunan: “Araz Naxçıvan”ın zədəli oyunçuları komandaya QOŞULDU
Hazırda oxunan: “Araz Naxçıvan”ın zədəli oyunçuları komandaya QOŞULDU
245379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.