Müğənni Elvin Abdullayevin xanımı, bloger Afət Abdullayeva da dələduzların qurbanı olub.
Bizim.Media xəbər verir ki, o bununla bağlı instaqram hesabında məlumat yayıb.
“Dünən fırıldaqçıların qurbanına çevrildim. Teleqramda yaxın bildiyim adamın adından yazıldı ki, mənə bu qədər pul göndərin.
Zəhmətlə qazandığım pulu ona göndərdim. Düşündüm ehtiyacı var. Dedi ki, xarici ölkədəyəm. Daha sonra instaqramda gördüm ki, həmin şəxs Azərbaycandadır. Yazdım özünə, dedi ki, mən istəməmişəm, mənim teleqramım yoxdur.
Həmin an banka zəng etdim. Dedilər ki, polisə şikayət edin. Daha sonra hüquq-mühafizə orqanlarına zəng etdim. Heç kimə kömək etmək lazım deyil. Sonradan həmin profil yenidən yazdı ki, bu qədər də yolla. Cavab verdim ki, sən mənə pul göndər, sabah sənə istədiyin qədər atım. Qabağımdakını ağılsız hesab etdim. Həmin an profil silindi, başqa adamın adına dəyişdirildi. Bir dəqiqə ərzində 4 profil dəyişdi” – deyə A.Abdullayeva paylaşımda qeyd edib.
Bizim.Media