Marafon iştirakçıları yarış zamanı dünyasını dəyişdi

Marafon iştirakçıları yarış zamanı dünyasını dəyişdi

Hazırda oxunan: Marafon iştirakçıları yarış zamanı dünyasını dəyişdi

245149

Almatı yarımmarafonunun iki təcrübəli iştirakçısı 84 yaşlı Akkoyan Rsəliyev və 21 yaşlı Nurbol Əhmədi 21,1 km məsafəni qət edərkən dünyasını dəyişib.

Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Almatı marafonunun saytında deyilir.

Təşkilatçılar nizamnaməyə uyğun hərəkət etsələr də, iştirakçıların həyatını xilas etmək mümkün olmayıb.

A.Rsəliyev Əl-Fərəbi prospektində məsafənin birinci kilometrində özünü pis hiss edib, bir dəqiqə sonra onun yanına təcili tibbi yardım briqadası gəlsə də, artıq yaşlı idmançının nəbzi olmayıb.

21 yaşlı N. Əhmədi 16 km-də huşunu itirib. Həkimlər onu reanimasiya etməyə çalışsalar da, o, komanda gələnə qədər dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, iştirakçıların ölümünün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən məlum olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO