"Santos"dan Neymar açıqlaması

"Santos"dan Neymar açıqlaması

Hazırda oxunan: "Santos"dan Neymar açıqlaması

245072

Braziliya "Santos"u ölkə çempionatının 4-cü turunun "Atletiko Mineyro" ilə oyununda (2:0) zədələnən hücumçusu Neymarın səhhəti ilə bağlı məlumat paylaşıb.

Bizim.Media xəbər verir ki, klub meydanı göz yaşları içində tərk edən 33 yaşlı futbolçu ilə bağlı bunları bildirib:

"Neymar zədədən sağaldıqdan və əzələ kütləsi toplamaq üçün məşqlərdən sonra meydançaya qayıtdı və "Atletiko Mineiro" görüşün ilk yarısında sol budunda yenə narahatlıq hiss etdi.

Futbolçunun müayinəsi nəticəsində yeni zədə bu dəfə yarımmembran əzələdə üzə çıxdı. Neymarın müalicəsinə başlanılacaq və o, yeni zədələrdən qaçmaq üçün əzələləri gücləndirmək üzərində işləyəcək".

Qeyd edək ki, Neymar bu ilin yanvarında "Santos"a keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO