Rusiya prezidenti Vladimir Putin xristian dünyasında qeyd edilən Pasxa bayramı ilə əlaqədar olaraq “Pasxa atəşkəsi” elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, öncə Putin Rusiya Federasiyasının Ali Baş Komandanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib.
Daha sonra Rusiya lideri bildirib ki, Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan (Bakı vaxtı ilə saat 19:00- red.) etibarən bütün hərbi əməliyyatları dayandıracaq. Atəşkəs rejimi aprelin 21-i saat 00-00-dək (Bakı vaxtı ilə 01:00) davam edəcək.
Putin Ukraynanı “Pasxa atəşkəsi” ilə bağlı Rusiyadan nümunə götürməyə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:05 / 19.04.2025
Putin atəşkəs ELAN ETDİ - VİDEO
Hazırda oxunan: Putin atəşkəs ELAN ETDİ - VİDEO
Hazırda oxunan: Putin atəşkəs ELAN ETDİ - VİDEO
245022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.