“Neftçi” “Ordu”nu, “Sabah” “Sərhədçi”ni məğlub etdi – FOTO

“Neftçi” “Ordu”nu, “Sabah” “Sərhədçi”ni məğlub etdi – FOTO

Hazırda oxunan: “Neftçi” “Ordu”nu, “Sabah” “Sərhədçi”ni məğlub etdi – FOTO

244961

Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off davam edir.

Bizim.Media xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində iki matç keçirilib.
 

Qarşılaşmalar Bakı İdman Sarayında baş tutub. Öncə “Neftçi” “Ordu”nu sınağa çəkəcək. Hərbçilər böyük fasiləyə üstün yollansalar da, "ağ-qaralar" 3-cü periodda özlərinə gəliblər. 10 dəqiqə ərzində 20 xallıq fərq əldə edən "Neftçi" görüşü qələbə ilə başa vurub.


Ardınca “Sabah”la “Sərhədçi” qarşılaşıb. Çempion son dövrəyədək rəqibin ciddi müqaviməti ilə üzləşib. Rimas Kurtinaytisin komandası son 10 dəqiqədə müdafiədə etibarlı oyun sayəsində rəqibi fərqli məğlub edib.

Qeyd edək ki, ilk oyunlara sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

Pley-off, ilk oyunlar

18 aprel

18:00. “Neftçi” – “Ordu” - 93:84 (19:24, 17:21, 38:18, 19:21)

Bakı İdman Sarayı

21:00. “Sabah” – “Sərhədçi” - 90:64 (16:21, 24:18, 15:21, 35:4)

Bakı İdman Sarayı











Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO