Qadınlarda bu xəstəliklər insult riskini iki dəfə ARTIRIR

Qadınlarda bu xəstəliklər insult riskini iki dəfə ARTIRIR

Hazırda oxunan: Qadınlarda bu xəstəliklər insult riskini iki dəfə ARTIRIR

244956

50 yaşdan gənc yetkinlərdə miqren və digər qeyri-ənənəvi risk faktorları hipertoniya və ya yüksək xolesterin kimi ənənəvi səbəblərlə müqayisədə insult riskini iki dəfə artıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Stroce” jurnalında məqalə dərc olunub.

İnsult keçirən mindən çox insanın məlumatları təhlil edilib. Məlum olub ki, bir çox xəstələrdə, xüsusən də qadınlarda insultun səbəbi klassik faktorlar deyil, daha az aşkar olan amillərdir - məsələn, miqrenlər, damarlarda qan laxtalanması, qaraciyər və böyrək xəstəlikləri, xərçəng, həmçinin hamiləliyin ağırlaşması və şəkərli diabetdir.
 

Bu xüsusilə açıq oval pəncərəsi olan insanlarda, qulaqcıqlar arasındakı septumda kiçik bir anadangəlmə qüsuru olan insanlarda özünü göstərir.


Tədqiqat zamanı həmçinin miqren və digər atipik vəziyyətlərin insult riskinə təsirinin qadınlarda kişilərə nisbətən daha çox olduğu müəyyən edilib.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO