Şəmkirdə iki nəfərin mübahisəsi qanla bitib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə 1969-cu il təvəllüdlü Xaliq İsmayılov bədəninin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirlib.
Yaralı dərhal əməliyyata götürülüb, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin ehtimala görə X. İsmayılıova həmkəndlisi- Qapanlı kənd sakini, 1986-cı il təvəllüdlü Namiq Hüseynov aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim. Media Qərb Bürosu