Xaçmazda bədbəxt hadisə: Mal-qara otaran uşaq bataqlıqda boğuldu - YENİLƏNİB/FOTO

Xaçmazda bədbəxt hadisə: Mal-qara otaran uşaq bataqlıqda boğuldu - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Xaçmazda bədbəxt hadisə: Mal-qara otaran uşaq bataqlıqda boğuldu - YENİLƏNİB/FOTO

244951

Xaçmazın Niyazabad kəndində 15 yaşlı yeniyetmənin bataqlıqda boğulmasının təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, gecə saatlarında yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At xilas olub, 15 yaşlı məktəbli isə bataqlıqdan çıxa bilməyib və boğularaq ölüb.

Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.


09:32

Xaçmazın Niyazabad kəndində bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 15 yaşlı Elçin Bağırov kəndin yaxınlığındakı bataqlığa düşüb.

Hadisə ilə bağlı FHN-nin ŞimalRegional Mərkəzinə müaciət edilib, axtarışlara başlanılıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO