"Bunun üçün Allahdan möhlət istəyirəm" - FOTO

"Bunun üçün Allahdan möhlət istəyirəm" - FOTO

Hazırda oxunan: "Bunun üçün Allahdan möhlət istəyirəm" - FOTO

244919

“Düz 16 il öncə bu gün. İkinci dəfə Ana oldugum gün (Allahım bütün qızlarımıza nəsib etsin) Gecə həkimlərdən xahiş etdim ki, qızım ilk gecəsini yanımda qalsın. Açıgı gözümdən kənara buraxmaq istəmirdim. Odur budur 16 ildir ən sevdiyim məqam onun şirin yuxuya dalışı və ərköyün oyanışıdır”.

Bizim.Media xəbər verir ki, bunu aparıcı Lalə Azərtaş sosial şəbəkədə qızı Solmaz ilə arxiv fotosuna yazıb.
 

“Elə həyatda da şirinim və ərköyünümdür. Elə də olacaq həmişə. Və bunun üçün Allahdan möhlət, icazə və razılıq istəyirəm. Savadlı, gələcəkdə ailəsi ilə yanaşı dövlətinə faydalı övlad kimi yetişdirməkdə davam edəcəm. Mənim həyatımda iki Solmazım var. O mənim Anamın adını daşıyan gözəlimdir. Hər ikisi həmişə mənimlə olsun Uca Allahım. Allahdan hər zaman istəyim - Valideynlərimi və övladlarəmı mənə çox görməsin.


Bu arada içi özüm qarışıq hamınıza saglam və xoşbəxt balalarınızın xoş günün arzu edirəm. Bu arada xəstəxanada bizi Ana-bala şirin yuxudaykən çəkib, xəstəxana çıxışı bu fotonu mənə hədiyyə edən xanıma bir daha təşəkkür edirəm.

Mənim də, qızımın da ən sevdiyi şəkildir bu foto”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO