AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu - YENİLƏNİB - VİDEO

AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu - YENİLƏNİB - VİDEO

24484

Futbol üzrə Avropa çempionatına start verilib.

Bizim.Media bildirir ki, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb.

Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib.

66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə milliləri arasında olacaq. Görüş saat 17:00-da başlanacaq.

***

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında ilk hissə yekunlaşıb.

Bizim.Media-nın məlumatına görə, Romadakı "Olimpiko" stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

***

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.

Bizim.Media xəbər verir ki, Romadakı "Olimpiko” stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.

Qeyd edək ki, "ay-ulduzlular” A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO