Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü KEÇİRİLDİ - FOTO

Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü KEÇİRİLDİ - FOTO

244714

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2024-2025-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən hər iki ölkənin Hərbi Hava Qüvvələri (HHQ) arasında əməkdaşlıq sahəsi üzrə ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya HHQ-nin hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO