Məlum olduğu kimi, 82 həkim plastik cərrah kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasına müraciət etmişdi.
Onlardan cəmi 42-nin fəaliyyətinə icazə verilib. Bu isə o deməkdir ki, 40 plastik cərrahın fəaliyyətinə icazə verilməyib.
Bizim.Media-nın araşdırmasına görə, fəaliyyətinə icazə verilməyən plastik cərrahların siyahısında “Milan VİP” hospitalın həkimi Könül Ağamirova ilə “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyevanın da adı var.
Qeyd edək ki, daha əvvəl də bu iki həkimin lisenziyasının ləğvi ilə bağlı xəbərlər yayılmışdı.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:04 / 17.04.2025
Könül Ağamirova və Şövkət Əliyevanın lisenziyası LƏĞV OLUNDU – RƏSMİ
Hazırda oxunan: Könül Ağamirova və Şövkət Əliyevanın lisenziyası LƏĞV OLUNDU – RƏSMİ
Hazırda oxunan: Könül Ağamirova və Şövkət Əliyevanın lisenziyası LƏĞV OLUNDU – RƏSMİ
244619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.