Gəncədə 2 maşın toqquşdu - XƏSARƏT alanlar var

Gəncədə 2 maşın toqquşdu - XƏSARƏT alanlar var

Hazırda oxunan: Gəncədə 2 maşın toqquşdu - XƏSARƏT alanlar var

244560

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Prius" markalı avtomobil  "LADA Priora" markalı minik maşını ilə toqquşub. 

Qəza zamanı 1990-cı il təvəllüdlü X. İsmayılov, 1992-ci il təvəllüdlü E. Ələsgərov və 1995-ci il təvəllüdlü A. Quliyeva müxtəlif dərəcəli bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar. 

Faktla bağlı araşdırma aparılır

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO