Səfir:

Səfir: "Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək"

Hazırda oxunan: Səfir: "Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək"

24455

"Bu gün Bakıda keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan" sərgilərində iştirak etdim, buradakı İran şirkətlərinə baş çəkdim".

Bizim.Media xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək, bundan başqa ölkəsinin şirkətləri işğaldan azad edilmiş torpaqlarda əkinçilik sahəsində fəal iştirak edəcək.

Xatırladaq ki, rəsmi Bakı və Tehran İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində traktor istehsalının təşkil edilməsi məsələsini 2016-cı ildən müzakirə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO