Bugünkü seldə ölən sahə rəisinin FOTOSU

Bugünkü seldə ölən sahə rəisinin FOTOSU

Hazırda oxunan: Bugünkü seldə ölən sahə rəisinin FOTOSU

244530

Xəbər verdiyimiz kimi Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində Pərviz Həyatullayev adlı tikinti sahəsinin rəisi ölüb.

Məlumata görə, P. Həyatullayevin 4 övladı var.

Qeyd edək ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.
 

Ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.


Xatırladaq ki, işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb. (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO