Xəzər dənizində üzən gəmilərlə bağlı RƏSMİ AÇIQLAMA

Xəzər dənizində üzən gəmilərlə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Xəzər dənizində üzən gəmilərlə bağlı RƏSMİ AÇIQLAMA

244400

Xəzər dənizində üzən gəmilərin aprelin 17-si gündüz saatlarından etibarən fəaliyyətlərini bərpa edəcəkləri gözlənilir.

Bizim.Media bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir.
 

Məlumata əsasən, küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə Xəzərdə üzən ASCO gəmiləri hazırda lövbər dayanacaqları və sığınacaqlardadır.


Xatırladaq ki, bu gün saat 10-a olan məlumata əsasən ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir.

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO