Kartofun qiyməti niyə qalxır? - Bu tarixdə ucuzlaşacaq

Kartofun qiyməti niyə qalxır? - Bu tarixdə ucuzlaşacaq

Hazırda oxunan: Kartofun qiyməti niyə qalxır? - Bu tarixdə ucuzlaşacaq

244358

"Qiymətlərdəki artım kartof ehtiyatının qurtarması ilə əlaqədardır".

Bizim.Media xəbər verir ki, bunu Ajans.az-a açıqlamasında son vaxtlar kartofun qiymətinin artması ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib.

O bildirib ki, kartof və soğanın qiyməti hər il fevral və ya mart ayından bahalaşmağa başlayır.

"Bu da ölkədə kartof ehtiyatının qurtarması ilə bağlıdır. Üstəlik bu dönəm elə bir dönəmdir ki, qarşıdakı həftələrdə ölkənin cənubunda kartofun çıxma vaxtına yaxınlaşır. Ona görə xaricdən idxal edilən kartofun həcminə həssas yanaşılır, kütləvi şəkildə kartof idxal etmirlər. Çünki yerli kartof çıxanda, idxal kartof da ucuz satılacaq və onlar ziyana düşəcəklər. Bu səbəbdən kiçik partiyalarla idxal edirlər. Buna görə kartof bahalaşır, təklif azdır, tələb çoxdur".

Ekspert onu da qeyd edib ki, yaxın vaxtlarda kartof qiymətləri yenidən düşəcək:

"Biz qarşıdakı həftələrdə Cəlilabad, Masallı zonasında yerli kartofun bazara kütləvi çıxışını müşahidə edəcəyik. Bununla da, qiymət ucuzlaşacaq. Qış aylarına qədər kartofun qiyməti ötənilki kimi tənzimlənəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO