Keçmiş deputat vəzifəyə seçildi - FOTO

Keçmiş deputat vəzifəyə seçildi - FOTO

Hazırda oxunan: Keçmiş deputat vəzifəyə seçildi - FOTO

244286

Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Konfransda təşkilati məsələlər müzakirə edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov səsvermə yolu ilə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Qeyd edək ki, Aqil Məmmədov Yeni Azərbaycan Partiyasından Milli Məclisin 6-cı çağırış deputatı olub. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO