İlham Əliyev II Elizabetə məktub yazdı - SƏBƏB

İlham Əliyev II Elizabetə məktub yazdı - SƏBƏB

Hazırda oxunan: İlham Əliyev II Elizabetə məktub yazdı - SƏBƏB

24428

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabeti Təvəllüd Günü və 95 illik yubileyi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlərin müvəffəqiyyətlə inkişaf etməsində Kralica Elizabetin böyük rolunu vurğulayıb.

Təbrikdə deyilir: “Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz və 95 illik yubileyiniz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Siz böyük bir tarixi dövrü özündə əks etdirən zəngin və dərin məzmunlu ömür yolu keçmiş, bütün həyat və fəaliyyətinizi doğma ölkənizin rifahına həsr etmiş, xalqınıza şərəflə və ləyaqətlə xidmət etmişsiniz. XX əsrin ikinci yarısından bu günədək Birləşmiş Krallığa başçılıq edərək daim öz prinsiplərinizə sadiqliyiniz, əzmkar və yorulmaz fəaliyyətiniz, Vətəninizə olan hədsiz bağlılığınız və məhəbbətiniz bütün dünyada Sizə böyük nüfuz və rəğbət qazandırmışdır.

Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlər müvəffəqiyyətlə inkişaf edir, dostluq əlaqələrimiz gündən-günə genişlənir. Dövlətlərarası münasibətlərimizin formalaşmasında, hərtərəfli inkişafında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük rolunuz vardır.

İnanıram ki, dərin kökləri olan və möhkəm təməllər üzərində qurulmuş bu əlaqələr, bir sıra mühüm sahələrdə əməkdaşlığımız bundan sonra da ardıcıl olaraq inkişaf edəcək və genişlənəcəkdir”.

Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə möhkəm cansağlığı, xoşbəxtlik, dost Birləşmiş Krallığın rifahı naminə fəaliyyətində uğurlar diləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO